Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla Tacikistan arasındakı əməkdaşlıq yüksələn xətt üzrə davam etməkdədir

0

  •          Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. İstər təbii sərvətlərinin zənginliyinə, istərsə də yerləşdiyi coğrafi məkana görə ölkəmiz dünya dövlətləri üçün olduqca cəlbedicidir. Digər tərəfdən torpaqlarımız işğal altında olarkən bəzi dövlətlər Azərbaycanın güclü və qüdrətli dövlət olmasına bir az şübhə ilə yanaşırdılar. Çünki Ermənistan kimi cırtdan bir dövlətin güclü bir Azərbaycanın, ərazilərini işğal etməsi və uzun müddət işğalda saxlaması kənardan bir qədər inandırıcı görünmürdü. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əks hücum həmləsi ilə düşməni darmadağın edib öz torpaqlarını işğaldan azad etməsi, ölkəmiz haqqındakı bütün neqativ düşüncələri alt - üst elədi. Artıq dünyanın hər yerində ölkəmizin güclü dövlət olduğuna heç kəsin şübhəsi qalmamışdır. Bütün beynəlxalq kürsülərdə Azərbaycanın haqq işi dəstəklənir, hər yerdə ölkəmizə rəğbətlə yanaşılır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkəmiz Türk dövlətləri birliyinin ən fəal üzvlərindən biri olaraq Orta Asiya dövlətləri ilə iqtisadi, siyasi və mədəni sahədə sıx əməkdaşlıq etməkdədir. Xüsusilə, Vətən müharibəsindən sonra bu əməkdaşlıq daha da intensiv xarakter almışdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində Qazaxıstan və Özbəkistanın iştirak etməsi, bu işlərə töhfə vermələri Azərbaycanla Orta Asiya dövlətləri arasında əməkdaşlığın yüksək səviyyədə olmasına parlaq sübutdur. Eyni zamanda bu dövlətlər Ermənistanla bərabər Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olmalarına baxmayaraq, bu təşkilatın üzvü olmayan Azərbaycanın haqq işini dəstəkləmələri də ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Təkcə cari ilin üç ayı ərzində Ölkə Başçımızın Orta Asiya ölkələrinə, eyni zamanda həmin ölkə başçılarının Azərbaycana qarşılıqlı səfərləri bu ölkələr arasında sıx əməkdaşlığın bundan sonra da davam edəcəyinə tam əminlik yaradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Aprelin 5 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan respublikasına səfər etmişdir. Tacikistan ilə Azərbaycan arasında əməkdaşlıq 2007 - 2008 - ci illərə təsadüf edir. Həmin vaxtdan indiyə qədər Azərbaycan və Tacikistan respublikalarının Ölkə Başçıları üç dəfə qarşılıqlı səfər etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevlə Tacikistan Prezidenti Emoməli Rahmon arasında ciddi dostluq münasibətləir mövcuddur. Bu dostluq iki ölkə arasındakı əməkdaşlığa da sirayət etmişdir. Ümumiyyətlə, Tacikistan ilə Azərbaycan arasındakı əməkdaşlıq yüksələn xətt üzrə davam etməkdədir. Hazırkı səfər zamanı da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistan Prezidenti İmoməli Rahmon tərəfindən dostcasına qarşılanması iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti dəvət üçün Tacikistan Prezidentinə səmimi təşəkkürünü bildirmişdir. İlham Əliyev Tacikistan Prezidentini ölkədəki hazırkı proseslərlə tanış etdi. O, diqqəti bir daha işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin üzərinə yönəltdi. Qeyd olundu ki, mənfur ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladıqları 30 il ərzində həmin ərazilərdə nəinki daş üstə bir daş qoymuş, əksinə, hər şeyi yerlə yeksan edib talamışlar. Onlar 67 məsciddən 65 - ni dağıtmış, 2 məsciddən isə donuz və mal tövləsi kimi istifadə etmişlər. Ərazilərin bərpası çox böyük vəsait tələb edir. Bütün bunlara baxmayaraq, Azərbaycan öz ərazilərində bərpa işlərini sürətlə davam etdirir və yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərə öz sakinlərinin qayıdışını təmin etmək əzmindədirlər. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Aparılan quruculuq işləri ilə paralel olaraq Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasında da israrlıdır. Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olaraq bu əraziyə sülhün gəlmsində maraqlıdır və bu yolda müxtəlif işlər həyata keçirir. Ölkəmiz Ermənistan - Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası işlərinin tezliklə həyata keçirilməsi üçün də səylə çalışır. Sərhədlərin müəyyən edilməsi bu coğrafiyada sülhün yaranmasına gətirib çıxaracaqdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan və Tacikistan Prezidentlərinin görüşü zamanı iki ölkəni maraqlandıran digər məsələlər də müzakirə edilmişdir. Səfərin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti İmoməli Rahmonu ölkəmizə səfərə dəvət etmişdir və dəvət Tacikistan rəhbəri tərəfindən məmnunluqla qəbul edilmişdir. Ümumiyyətlə, Ölkə Başçılarının qarşılıqlı səfərləri, həmin ölkələrin mənafelərinə xidmət edir və beynəlxalq münasibətlərdə bu kimi hallar olduqca faydalıdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ələddin Əhmədov​, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib30 dəfə
    Azərbaycanla Tacikistan arasındakı əməkdaşlıq yüksələn xətt üzrə davam etməkdədir

    Maraqlı gələ bilər
    32
    185